Prioritet peşələr üzrə standartlar hazırlanacaq

Prioritet peşələr üzrə standartlar hazırlanacaq
  08 Fevral 2019    Oxunub:1472
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılması mühüm yer tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması da yer alıb. Strategiyanın həyata keçirilməsi ilə bağlı müəyyən olunan hədəflərdən biri kimi, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartlarının hazırlanması nəzərdə tutulur.

Həmçinin Strategiyaya uyğun olaraq, peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir.

Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil olunmasında, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır. Ölkəmizdə son illərdə qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti