600 bal toplayan qız virusdan ölüb? - Nazirlik məlumat yaydı

600 bal toplayan qız virusdan ölüb? -  Nazirlik məlumat yaydı
  08 Fevral 2019    Oxunub:15738
Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni nəzarətə götürüb, mərhumun evində dərhal bütün lazımi müayinələr aparılıb.
Qeyd olunub ki, leptospiroz çox nadir hallarda rast gələn xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

Xatırladaq ki, 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da dünyasını dəyişib. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Birinci kursda təhsil alırdı.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə   Nazirlik   Tələbə  





Xəbər lenti