Bakı-Sumqayıt yolundakı tıxac problemi Milli Məclisdə qaldırıldı

Bakı-Sumqayıt yolundakı tıxac problemi Milli Məclisdə qaldırıldı
  12 Noyabr 2013    Oxunub:1149
`Şəhərdə bəzi sahələrdə problemlər var və bunların həlli vacibdir`.
AzVision.az xəbər verir ki, bu sözləri parlamentdə deputat Leyla Abdullayeva Sumqayıt şəhərinin problemlərindən danışarkən deyib.

Millət vəkili bildirib ki, Stansiya Sumqayıt adlanan yaşayış massivindəki problemlərin həllinə nail olmaq lazmdır.

`Yol və körpülərin yenidən çəkilməsinə ehtiyac var. Burada 2500-dən çox insan yaşayır. Həmçinin tibb məntəqəsi və bağçaların yaradılması lazımdır. Əraziyə qəsəbə statusunun verilməsi məsləsinə də baxmaq olar`.

Bakı- Sumqayıt yolunda yaranan tıcaxlardan danışan millət vəkili
şəhərlərarası nəqliyyatın və insanların hərəkətinin artdığını deyib.

`Alternativ nəqliyyat sisteminin yaradılmasına ehtiyacımız var. Bu yerüstü sürət qatarları və ya elektrik qatarlarının çəkilməsi ola bilər`- deyə deputat problemlərin həlli yollarını göstərib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti