Ukrayna səfiri Azərbaycanı tərk edir

Ukrayna səfiri Azərbaycanı tərk edir
  07 Fevral 2019    Oxunub:1512
Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonu qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər. Bu xüsusda, səfir A.Mişenkonun səyləri yüksək qiymətləndirilib.

Səfir Aleksandr Mişenko diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusi qeyd edib və təşəkkürünü bildirib. Nazir Elmar Məmmədyarov səfir Aleksandr Mişenkoya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.


Azvision.az


Teqlər: XİN   Ukrayna  





Xəbər lenti