“Küçəyə atılan bacı-qardaş uşaq evinə verilməlidir” - Komitə

 “Küçəyə atılan bacı-qardaş uşaq evinə verilməlidir” -    Komitə
  07 Fevral 2019    Oxunub:3170
Bərdədə anası tərəfindən küçəyə atılan iki azyaşlının müvəqqəti olaraq uşaq evinə verilməsini istəyirik.

Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib. O bildirib ki, məsələ Komitənin nəzarətindədir.
"Biz Bərdə rayon İcra Hakimiyyətinin nəzdindəki monitorinq komissiyasına müraciət etmişik. Komitə olaraq mövqeyimiz belədir ki, uşaqlar məsuliyyətsiz anaya qaytarılmasın. Müvəqqəti olaraq uşaqlar dövlət müəssisəsində saxlanılmalıdır. Uşaqlar qadınla iş aparılandan sonra qaytarılmalıdır".



A.Sofiyeva Bakıda daha iki uşağın küçəyə atılması məsələsinə də diqqət çəkib: "Uşağı küçəyə atmaq cinayətdir. Cəmiyyət olduqca belə hadisələr baş verəcək. Həm də valideyn məsuliyyətsizliyidir. Bizim tərəfimizdən lazımi tədbirlər görülür və hüquq-mühafizə orqanlarına müraciət olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti