Azərbaycanlıların Tbilisidə etiraz aksiyasına icazə verilib

  Azərbaycanlıların Tbilisidə etiraz aksiyasına icazə verilib
  07 Fevral 2019    Oxunub:3076
Gürcüstan azərbaycanlıları fevralın 8-də Tbilisidə, parlamentin binası qarşısında Axalkalakidə Qarabağ separatçısı olan erməni hərbçi Mixail Avaqyana büst qoyulmasına qarşı kütləvi etiraz aksiyası keçirəcəklər.
Azvision.az Report.az-a istinadən xəbər verir ki, bu barədə aksiya təşkilatçılarından olan Sevinc Hümbətova məlumat yayıb.

Tbilisi meriyası ilə razılaşdırılmış dinc aksiya saat 14:00-a təyin olunub. Aksiya iştirakçıları separatçıya büstün qoyulmasına qəti etirazlarını ifadə etməklə yanaşı, abidənin götürülməsini də tələb edəcəklər.

Azvision.az



Teqlər: Tbilisi   Etiraz  





Xəbər lenti