İlham Əliyev Abdulla Güllə görüşdü

İlham Əliyev Abdulla Güllə görüşdü
  12 Noyabr 2013    Oxunub:1272
Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyə prezidenti Abdulla Gül tərəfindən qəbul edilib.

“Cihan” xəbər agentliyinin məlumatına görə, prezidentin Çankaya köşkündə rəsmi qarşılama mərasimi olub. İlham Əliyev və Mehriban Əliyeva Abdulla Gül və xanımı Hayrunnisa Gül tərəfindən qarşılanıb. Rəsmi mərasimdən sonra ikitərəfli görüş başlayıb. Görüşdən sonra mətbuat konfransı baş tutub.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiklərini bildirib.
Prezident qeyd edib ki, görüşdə regional məsələlərlə yanaşı, iki ölkə arasında münasibətlər də müzakirə edilib:
"Bütün bunlarla yanaşı, Azərbaycanın və Türkiyənin milli məsələsi olan Azərbaycanın ərazi bütövlüyü və Azərbaycanın işğal altında olan ərazilərinin azad olunması məsələsi də müzakirə mövzusu olub".

A.Gül bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq əlaqələrini sözlə ifadə etmək mümkün deyil.

Qeyd edək ki, axşam Azərbaycan prezidentinin şərəfinə ziyafət veriləcək. Ziyafətə baş nazir Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti