“Şamaxı və İsmayıllıda 6 baldan güclü zəlzələ ola bilməz” - Qurban Yetirmişli
Azvision.az xəbər verir ki, bunu AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Q.Yetirmişli əlavə edib ki, İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallarından istifadə edilən tikililərdə qeydə alınıb.
"Dünən Azərbaycanda iki hiss edilən zəlzələ olub. Onların birincisi 5, ikincisi 6 bal gücündə olub. 6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu, o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz".
Aytən Zəhra
Azvision.az
Teqlər: Qurban-Yetirmişli Zəlzələ