Siyavuş Novruzov: “Feysbuka gəlməyi düşünmürəm”

 Siyavuş Novruzov:  “Feysbuka gəlməyi düşünmürəm”
  06 Fevral 2019    Oxunub:2246
“Feysbuka gəlməyi düşünmürəm. Çünki onun çatışmayan çox cəhətləri var”.
Azvision.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

"Sosial şəbəkələrdə saxta adlarla profil yaradırlar" deyən YAP rəsmisi nə Feysbukda, nə də Tvitterdə olduğunu söyləyib.

"Feysbukdan başqa çox geniş imkanlar onsuz da var. Fikirlərimizi ölkəmizdəki onlayn media, digər mətbuat orqanlarında çatdırırıq. İstənilən şəxs də bizim çıxışımızı sosial şəbəkələrə yönəldir"-, deyə S.Novruzov vurğulayıb .

Azvision.az



Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti