Qazaxda maşın ağaca çırpılıb, ölən var

   Qazaxda maşın ağaca çırpılıb, ölən var
  06 Fevral 2019    Oxunub:1788
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qazax rayonunda "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sərnişin 1997-ci il təvəllüdlü Hüseynov Roman Kamran oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: FHN   Qəza   Xilasedici  





Xəbər lenti