FHN zəlzələnin vurduğu ziyanı araşdırır

   FHN zəlzələnin vurduğu ziyanı araşdırır
  06 Fevral 2019    Oxunub:4488
Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 5-də ölkə ərazisində baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanla bağlı araşdırma aparır.
Azvision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcək.

"AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır. Əlavə Məlumat veriləcək", - FHN-in məlumatına qeyd edilib.

Azvision.az



Teqlər: FHN   Zəlzələ  





Xəbər lenti