“Dağıntılar barədə məlumat daxil olmayıb” - Zəlzələ ilə bağlı açıqlama

 “Dağıntılar barədə məlumat daxil olmayıb” -  Zəlzələ ilə bağlı açıqlama
  06 Fevral 2019    Oxunub:3453
5 fevral 2019-cu il tarixində saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkan qeydə alınıb.

ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov Azvision.az -a bildirib ki, paytaxtın müxtəlif istiqamətlərində titrəyişlər hiss olunub.
"Bununla bağlı AMEA ilə birgə mütəxəssislərimiz tərəfindən araşdırma aparılıb və ilkin məlumata görə, episentri Pirqulu ərazisindən 11 km Cənub-Qərbdə olan yeraltı təkanlar İsmayıllı rayonunda və ətraf ərazilərdə daha çox hiss edilib. Dağıntılar haqqında məlumat daxil olmayıb", - nazirlik rəsmisi deyib.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti