Azərbaycanda 6 bal gücündə zəlzələ olub - Yenilənib

Azərbaycanda 6 bal gücündə zəlzələ olub -  Yenilənib
  06 Fevral 2019    Oxunub:6183
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən Azvision.az-a bildirilib ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində yeraltı təkan qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

***
Bu gün axşam saatlarında Azərbaycanda yenidən zəlzələ olub.

Azvision.az xəbər verir ki, yeraltı təkanlar Bakı və Sumqayıtda da hiss olunub.

Qeyd edək ki, yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 kilometr şimal-şərqdə - Lerik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Azvision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti