Səməd Seyidov: “Ermənistan özünü rüsvay edəcək”

Səməd Seyidov:  “Ermənistan özünü rüsvay edəcək”
  12 Noyabr 2013    Oxunub:1269
Milli Məclisin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan parlamentinin “Dağlıq Qarabağ Respublikasını tanıması haqqında” qanun layihəsinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistan parlamentində belə məsələnin müzakirəyə çıxarılmasının heç bir mənası və nəticəsi ola bilməz:

“Çünki tanınmaq prosesi başlasa, Ermənistan dünya qarşısında özünü birbaşa işğalçı dövlət kimi təqdim edəcək. Digər tərəfdən isə Ermənistan danışıqlar prosesinə ən böyük zərbə vuran tərəf kimi qiymətləndiriləcək. Ermənistan dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərin tam şəkildə formada pozulmasını biruzə verəcək. Yəni, bu, Ermənistan parlamentində yalnız və yalnız papulist və hansısa dairələrin sifarişini yerinə yetirməkdən başqa bir şey deyil. Biz Ermənistan tərəfində və dünya güclərinə çatdırmışıq ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq qanun çərçivəsində həllinə hazırıq. Ancaq Ermənistan parlamenti bu cür qərarları gündəmə gətirməklə danışıqlar aparmaq və sülh yolu ilə getmək iqtidarında olmadığını ifşa edir. Bütün bunlara görə də hesab edirəm ki, bunun heç bir nəticəsi olmayacaq. Hətta, hər hansı nəticə olsa belə, bu ancaq Ermənistanın özünə mənfi təsir göstərəcək”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti