Dövlət Xidməti jurnalistləri mükafatlandırdı - Fotolar

Dövlət Xidməti jurnalistləri mükafatlandırdı -    Fotolar
  05 Fevral 2019    Oxunub:2103
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə və vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirilmiş yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.
Xidmətdən Azvision.az -a verilən xəbərə görə, tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor, Zaur Abdullayev açaraq Silahlı Qüvvələrin formalaşmasında Ulu Öndər Heydər Əliyev tərəfindən misilsiz işlər həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən islahatlar və dövlət qayğısı sayəsində bugün Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silah sursatla təmin olunur.



Z.Abdullayev Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi sahəsində həyata keçirilən layihələrdə, təşkil olunan tədbirlərdə kütləvi informasiya vasitələrinin fəal iştirak etdiyini bildirib.



Münsiflər heyətinin sədri, polkovnik Niyaz Məmmədov müsabiqəyə 36 yazının daxil oduğunu diqqətə çatdırıb. Daha sonra qaliblərin adları açıqlanıb. Qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib. Müsabiqədə iştirak edən 10 nəfər isə həvəsləndirici mükafatla təltif edilib.


Azvision.az


Teqlər: Jurnalist   Xidmət  





Xəbər lenti