Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır

Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır
  05 Fevral 2019    Oxunub:2004
Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçirilib, onun test mərhələsində 1500-dək namizəd iştirak edib. Müsabiqə mərhələsini uğurla başa vurmuş 730 namizədlə müsahibələr 2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilib.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb.

O bildirib ki, hazırda Təhsil Nazirliyi tərəfindən müsabiqənin yekun – yerləşdirmə mərhələsi reallaşdırılır. Müsahibədə uğur qazanan namizədlər fevralın 6-dan etibarən nazirliyə dəvət olunacaq və onlara müvafiq vakant yerlər təklif ediləcək. Vakant yerlər namizədlərə onların bilik və bacarıqlarına uyğun təklif olunacaq.

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Direktor  





Xəbər lenti