Naxçıvanda sahibkarlardan əsgərlərə dəstək

Naxçıvanda sahibkarlardan əsgərlərə dəstək
  05 Fevral 2019    Oxunub:1785
Naxçıvanda sahibkarlar tərəfindən ümumilikdə 5500 kq kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissəsinin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kq turp və 800 kq kartof olmaqla ümumilikdə 5500 kq kənd təsərrüfatı məhsulu hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib.



Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb. Sonda gətirilmiş sovqat hərbi hissə və zastavanın anbarlarına təhvil verilib.

Azvision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti