YAP-da gənclərlə görüş keçirilib - FOTOLAR

YAP-da gənclərlə görüş keçirilib -    FOTOLAR
  05 Fevral 2019    Oxunub:3218
Yeni Azərbaycan Partiyasında (YAP) gənclərlə görüş keçirilib.
Azvision.az -ın məlumatına görə, görüşdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası İcra katibi - Sədr müavini Əli Əhmədov bildirib ki, fevral ayının 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2 Fevral gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirib, gənclərə öz tövsiyələrini verib, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırıb.



“Belə hesab etdik, YAP-da gənclərin bir qismi ilə prezidentin gənclər qarşısında qoyduğu vəzifələr, proqramlar çərçivəsində görüş keçirib söhbət aparaq”.

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti gənclərlə daloqa böyük önəm verir: “Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bir halda ki, siyasətin əsas qayəsini insalara qayğı təşkil edir, insanlarla dialoq mühüm əhəmiyyət kəsb edir. İnsanların ehtiyaclarını, arzu və istəklərini bilmədən onlara düzgün xidmət göstərmək çətin olar. Cənab Prezident tez-tez Azərbaycanın müxtəlif guşələrinə səfər edir və vətəndaşlarla görüşür, insanlarla dialoq qurur ki, onların istək və arzularını öyrənsin. Bu mənada gənclərlə görüş önəm təşkil edir”.



YAP sədrinin müavini bildirib ki, partiya sıralarında çoxlu sayda gənclər birlərşir: “YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu, o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər və bunu YAP-a üzv olmaqla bildirirlər”.



Ə.Əhmədov əlavə edib ki, seçki kampaniyalarının uğurla baş tutmasında gənclər böyük töhfələrini verirlər: “Bütün bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəsislər olsunlar. Ən əsası gənclərimiz vətənpərvər olmalıdır. Harada olmalarından asılı olmayaraq, vətənpərvərlik prinsipləri əsasında davranmalıdırlar. Gənlər eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.



YAP icra katibi qeyd edib ki, seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər: “Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub. YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər. 2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar. Ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.







Elvin Abdulqədirov
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti