“Çalışacağıq ki, gənclər seçkidə özlərini sınasınlar” - Əli Əhmədov

 “Çalışacağıq ki, gənclər seçkidə özlərini sınasınlar” -    Əli Əhmədov
  05 Fevral 2019    Oxunub:4162
"Biz çalışacağıq ki, 2019-cu ilin dekabrında keçiriləcək növbəti bələdiyyə seçkilərində fəal gənclərimiz namizədlər qismində iştirak etsinlər və özlərini sınasınlar"

Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov qeyd edib ki, məqsəd gənclərin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etməsidir:

"Gənclər bizim bütün kampaniyalarımızda, o cümlədən seçki kampaniyalarımızın keçirilməsində yaxından iştirak edirlər. Seçki kampaniyasının bütün mərhələlərində gənclər öz töhfələrini verirlər. Bu baxımdan gənclər həmişə bizim diqqət mərkəzimizdə olub. YAP öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Əli-Əhmədov   YAP  





Xəbər lenti