Bakcell abunəçilərinə təqdim olunan endirimlər artır

Bakcell abunəçilərinə təqdim olunan endirimlər artır
  04 Fevral 2019    Oxunub:1382
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir.

Artıq 5 ildən çoxdur ki Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 270 yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsindən ibarətdir və bu göstərici gündən günə artmaqdadır.

“Ulduzum” proqramının ən aktiv və populyar tərəfdaşları siyahısında yer alan “158 Taxi” xidməti və “Pierre Cardin” mağazalar şəbəkəsi ötən ilin oktyabr ayından başlayaraq istifadəçi sayının artımı üzrə yüksək templər nümayiş etdirirlər.

2018-ci ilin oktyabr ayından bəri “Ulduzum” proqramının tərəfdaşı olan “Pierre Cardin” mağazalar şəbəkəsinin təklif etdiyi kampaniyadan təkcə son 3 ay ərzində min nəfərdən çox Bakcell abunəçisi yararlanıb. “Ulduzum” istifadəçilərinə Pierre Cardin mağazalarında yeni kolleksiyaya 10%, 50%-dək endirimli məhsullara isə 5% endirim təqdim olunur.

"Pierre Cardin", "Karaca" və "Roman" brendləri olaraq “Ulduzum” ilə əməkdaşlıqdan çox razıyıq. Ulduzum proqramı həm texniki həm də marketinq baxımından Azərbaycanda ən inkişaf etmiş proqramlardan biridir. Həmçinin proqram vasitəsi ilə biz də öz müştərilərimizin loyallığını artıraraq, onlara maraqlı kampaniyalar təqdim etmiş oluruq. Əməkdaşlığımız zamanı müxtəlif kanallar vasitəsi ilə brendimiz təşviq olunur və daha çox kütləyə tanınır. Proqram çərçivəsində Ulduzumun dəstəyi ilə müştərilərimiz ilə əlaqəmiz daha da möhkəmlənir” deyə "Pierre Cardin", "Karaca" və "Roman" mağazalarının rəhbəri Onur Efe qeyd edib.



2018-ci ilin oktyabr ayından etibarən “Ulduzum” tərəfdaşı olan “158 Taxi” xidmətinin xüsusi təklifindən qısa müddət ərzində min nəfərdən çox Bakcell istifadəçisi yararlanıb. Xüsusi kampaniyanın şərtlərinə əsasən “Ulduzum” kodu vasitəsilə sifariş olunmuş hər 5 gedişdən sonra abunəçilərə 1 PULSUZ gediş təqdim edilir.

“Hər bir Ulduzum istifadəçisi 158 Taxi sifariş verərkən pulsuz gedişlər qazana bilər. Bunun üçün əsas şərt müştərinin Ulduzum istifadəçisi olmasıdır. Pulsuz gedişlər 158 TAXI müştəriləri üçün olduqca cəlbedici və effektivdir. Kampaniyanın, yalnız Ulduzum istifadəçilərinə şamil edilməsi isə rəqabət şəraitində müştərilər arasında səmərəli seçim şansı yaradır. Bakcell şirkəti ilə uğurlu əməkdaşlıq qurmaqdan böyük məmnuniyyət duyuruq. Düşünürük ki, bu əməkdaşlığın davamlı olması rəqabətli bazar mühitində atılan səmərəli addımlardan biridir” deyə “158 Taxi” xidmətinin Müştəri Marketinqi üzrə meneceri İbrahim Osmanov bildirib.

Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.

Azvision.az


Teqlər: Bakcell  





Xəbər lenti