Bolqarıstanın baş naziri Bakıya gələcək

Bolqarıstanın baş naziri Bakıya gələcək
  04 Fevral 2019    Oxunub:1874
Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya səfərə gələcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bildiriblər ki, Baş nazir martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, B.Borisov mərkəzin ötən il Nyu-Yorkda keçirilən toplantısında da iştirak edib. Nizami Gəncəvi Beynəlxlalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndələri ilə yaxşı əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Georgi Pırvanov və Roşen Pnevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının qatılması gözlənilir.

Azvision.az



Teqlər: Bolqarıstan   Baş-nazir  





Xəbər lenti