Ötən il 249 min azərbaycanlı İstanbula səfər edib

  Ötən il 249 min azərbaycanlı İstanbula səfər edib
  03 Fevral 2019    Oxunub:2386
Ötən il Türkiyənin İstanbul şəhərinə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.
Azvision.az İstanbul Mədəniyyət və Turizm Müdirliyinə istinadən xəbər verir ki, 2018-ci ildə 249 min 63 azərbaycanlı İstanbulda səfərdə olub.

Qeyd edək ki, ümumilikdə isə bir il ərzində İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib. 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb. Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.

Azvision.az



Teqlər: İstanbul   Səfər   Azərbaycan   Turist  





Xəbər lenti