Prezident nazirliyə 11 milyona yaxın pul ayırdı

 Prezident nazirliyə 11 milyona yaxın pul ayırdı
  02 Fevral 2019    Oxunub:2125
Prezident İlham Əliyev Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 10 933 900 (on milyon doqquz yüz otuz üç min doqquz yüz) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.

Azvision.az



Teqlər: Prezident   Sərəncam  





Xəbər lenti