Deputatlara çağırış: “Hərə öz kəndində kitabxana tikdirsin”

    Deputatlara çağırış:    “Hərə öz kəndində kitabxana tikdirsin”
  01 Fevral 2019    Oxunub:1693
“Kəndlərdə kitabxana qalmayıb. Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram ki, evdə telefonu, kompüteri olan elə kitabxanaya getməz. Kitab nəfəsdir, sevdiyin qız kimidir, gözəllikdir. Kitabı sinənin üstünə qoyursan, istiliyini alırsan, oxuyursan. Elektron kitab oxumaq əlehqaz geyinib qızılgül iyləmək kimi bir şeydir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat təklif edib rayonlarda kitabxanaların sayı artırılmalıdır: “Kitab mağazaları bağlanıb, yerində ət satılır. Kitab istəyən haradan almalıdır? Vaxtilə Ağcəbədidə atamın hesabına kitabxana tikdirmişəm, qarşısına da Füzulinin büstünü qoymuşam, bu gün də fəaliyyət göstərir. İmkanlı şəxslərdən, deputatlardan xahiş edirəm ki, hərə öz kəndində kitabxana tikdirsin. Restoran tikdirirlər, özləri bilərlər, nə olardı ki kitabxana da tikdirəydilər”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti