“Azərbaycanlılar da Gürcüstanda heykəl ucaldacaqlar” - Spiker

  01 Fevral 2019    Oxunub : 1956
“Azərbaycanlılar da Gürcüstanda heykəl ucaldacaqlar” - Spiker
“Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması ilə bağlı Azərbaycanın mövqeyini nəzərə almalıdır”.

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O xatırladıb ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verib: “Azərbaycanın Gürcüstandakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu buna diqqət yetirəcək, məsələ həllini tapacaq”.

Spiker, həmçinin bildirib ki, həmin abidəni erməni hökuməti deyil, orada yaşayanlar qoyub: “Gürcüstanın Marneuli rayonunda da azərbaycanlılar heykəl ucaldacaqlar”.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa Avaqyana abidənin ucadılmasına etirazlarını bildiriblər.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Spiker