Radikalların Novxanı fiaskosu

  Radikalların Novxanı fiaskosu
  01 Fevral 2019    Oxunub:6980
Siyasi kariyerası çirkaba bulaşmış Əli Kərimli üçün dəyər anlayışı yoxdur. Dəfələrlə bunu əməlləri ilə sübut edib. Siyasətlə maraqlanan insanlar özünü müxalifət “lideri” hesab edən Kərimlinin keçmişinə yaxşı bələddirlər. Onun əsl kimliyi, hansı işlərlə məşğul olduğu çoxlarına məlumdur.
Bu, həmin Əli Kərimlidir ki, özünə lider seçdiyi Əbülfəz Elçibəyə xəyanət etməsi də yaddan çıxmayıb. Onu tanımaq üçün cəmi bir neçə dəqiqə yaxın keçmişə nəzərdə salmaq kifayətdir...

Amma, görünür zaman onu heç dəyişdirməyib və bu gün yenə öz ampluasında idi.

Oyunbaz Kərimli cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günündə iştirak etmək adı ilə bir qrup cəbhəçini başına yığaraq növbəti şousunu Novxanıda nümayiş etdirdi.

Qabaqcadan planlaşdırıldığı kimi zombiləşmiş cəbhəçilər Rəsulzadənin doğum günündə ilərdir dəyişilməyən, insanlarda ikrah doğuran "Azadlıq", "Yaşasın, Əli bəy!", "İstefa" kimi ucuz şüarlar səsləndirməklə ictimai asayişi pozmağa, təxribata cəhd etdilər. Ərazidə olan polis əməkdaşları dərhal onlara müdaxilə edərək bu çirkin oyunun baş tutmasına mane oldular.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin yaydığı rəsmi məlumata əsasən, yanvarın 31-də Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

Xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Göründüyü kimi, radikalların məqsədi heç də Rəsulzadəni yad etmək deyildi. Axı, belə olsaydı, digərləri kimi sivil şəkildə mərasimdə iştirak edib, ruhuna dualar oxuyub gedərdilər. Onlar isə Rəsulzadənin anım gününü siyasi şouya çevirməklə xatirəsinə böyük sayğısızlıq etdilər. Sual olunur: budurmu, sizin cümhuriyyət qurucusuna olan hörmətiniz? Sadəcə utancverici mənzərədir.

Aydındır ki, onlar ziyarət mərasimini icazəsiz mitinqə çevirmək istəyiblər. Görünür, axırıncı icazəli mitinqdən sonra Əli Kərimlinin damağında şirə qalıbmış. Halbuki, Novxanıdakı yürüş həmin mitinqdən sonra böyük fiasko idi. Cəmi 288 nəfərlə ziyarətə gəlib, sonra onu icazəsiz aksiyaya çevirməyə cəhd etmək - bu, iflasdır. Milli Şuranın gücsüzlüyündən və acizliyindən doğan aqoniyadır. Belə cəhdlərlə kimə nəyi göstərmək istəyirlər axı?!

Adətən siyasi qüvvə özünün gücünü, tərəfdarlarının çoxluğunu nümayiş etdirməyə can atar. Amma Milli Şurada əksinədir: Onlar hər dəfə özlərinin zəifliyini, tərəfdarlarının azlığını göstərirlər. Niyə? Əli Kərimlinin qarşısında qoyulan tapşırıqlar bu qədərmi sərtdir ki, o, hər dəfə özünü və qurumu biabır etmək məcburiyyətində qalır?

Birdəfəlik başa düçmək lazımdır ki, əgər hansısa təşkilat ölüdürsə, demək, ölüdür - ona süni nəfəs vernəklə, müxtəlif yerlərdə müxtəlif bəhanələrlə icazəli-icazəsiz aksiyalara cəhd etməklə dirilməyəcək. Milli Şura isə bir siyasi orqanizm kimi doğulanda ölü doğulmuşdu. Onun çoxdan soyumuş cansız siyasi cəsədindən əl çəkmək lazımdır, "Məhsul"dan Novxanıya sürüməklə ortaya heç nə çıxmayacaq. Ziyarət zamanı baş verən hadisələr bunun növbəti sübutu oldu.


Azvision.az


Teqlər: Əli-Kərimli   Milli-Şura  





Xəbər lenti