Azərbaycanda “donuz qripi”i aşkarlanmayıb - ÜST təkzib etdi
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, Azərbaycanın Səhiyyə Nazirliyi ilə birgə aparılan araşdırmalara görə, ölkədə “donuz qripi”nə rast gəlinməyib.
O, həmçinin vurğulayıb ki, insanlar qripə yoluxmamaq üçün mütləq peyvənd olunmalıdır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkar edilməsi barədə məlumat yaysa da, Səhiyyə Nazirliyi bunu yalanlayıb.
Azvision.az