21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib

  21 uşaq münaqişə bölgələrindən Azərbaycana gətirilib
  31 Yanvar 2019    Oxunub:3372
Valideynləri münaqişə ocaqlarında ölən və orada kimsəsiz qalan 21 uşaq Azərbaycana gətirilib.

Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən tədbirdə deyib.
Komitə rəsmisinin sözlərinə görə, həmin uşaqlar Azərbaycana gətirilərək yaxınlarına qəyyumluğa verilib. S.Heydərov qeyd edib ki, hələ də münaqişə bölgələrində qalan azərbaycanlı qadın və uşaqlar var:

“Bu şəxslərin ölkəyə gətirilməsi istiqamətində dövlətlərlə danışıqlar aparılır. Hələlik onların gətirilməsində problem mövcuddur. Bundan əlavə, xeyli qadınlar var ki, onlar hazırda həbsdədirlər. Döyüşlərdə iştirak etdiyi üçün edam olunan qadınlar da var. Bəzilərinin məhkəməsi, istintaqı gedir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Dini-Komitə  





Xəbər lenti