Parlamentin Aqrar siyasət komitəsinin iclası keçirilib

Parlamentin Aqrar siyasət komitəsinin iclası keçirilib
  31 Yanvar 2019    Oxunub:1395
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Azvision.az xəbər verir ki, komitə sədri Eldar İbrahimov müzakirə olunan məsələlər barədə məlumat verib. Bildirib ki, komitə 2018-ci ilin payız sessiyasında 11 iclas keçirib, bu iclaslarda 27 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə olunub.

Komitə sədri, həmçinin qeyd edib ki, 2019-cu ilin yaz sessiyasında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi ilə yanaşı, digər layihələrin də müzakirəyə olunacağı gözlənilir.

Komitə üzvləri müzakirə edilən məsələlər barədə fikirlərini bildiriblər.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   Komitə   İclas  





Xəbər lenti