Radikal dini qruplara qoşulan 477 nəfərin vətəndaşlığı ləğv edilib

 Radikal dini qruplara qoşulan 477 nəfərin vətəndaşlığı ləğv edilib
  31 Yanvar 2019    Oxunub:5078
"Radikal dini qruplaşmaların tərkibində Yaxın Şərq ölkələrində vuruşan 1000-dən artıq şəxs var ki, onlardan 500-dən çoxu orada ölüb, 477 nəfərin vətəndaşlığı ləğv edilib. Onların arasında ölənlərin sayı çoxdur.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Dini və ideoloji təhlükəsizlik" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, valideynləri həmin döyüşlərdə ölən 21 uşaq kimsəsiz qalıb və onlar Azərbaycana gətirilərək yaxınlarına qəyyumluğa verilib.

"Hələ də orada qalan qadın və uşaqlar var. Onların gətirilməsi istiqamətində dövlətlərlə danışıqlar gedir. Hələlik onların gətirilməsində problem yaşanıb. Bundan əlavə, xeyli qadınlar var ki, hazırda həbsdədir. Döyüşlərdə iştirak etdiyi üçün edam olunan qadınlar da var. Bəzilərinin məhkəməsi, istintaqı gedir. Qadınlar ərlərinin təsiri altında ora gediblər".

Ş.Heydərov qeyd edib ki, dini radikal qruplaşmaların tərkibində vuruşaraq ölən şəxslərin ailələri bu gün Azərbaycana gələ bilmirlər: "Həmin qrupların öz qaydaları var. Ər ölürsə, qadın, ana, bacı və uşaqlar orada qalmalı, oradakı kişi mücahidlərə xidmət etməlidirlər. Bu, qeyrətdirmi, islamdırmı? Təəssüf ki, bunun daşıyıcıları cəmiyyətimizdə var".

Aytən Zəhra
Azvision.az



Teqlər: Dini-Komitə  





Xəbər lenti