Hacıqabul yolunda təhlükəsizlik sədləri təmir olunur

Hacıqabul yolunda təhlükəsizlik sədləri təmir olunur
  31 Yanvar 2019    Oxunub:1392
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun bir hissəsində təhlükəsizlik sədləri təmir edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlər bir neçə gün ərzində davam etdiriləcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Bakı   Hacıqabul  





Xəbər lenti