Ağcabədi "ASAN Həyat" kompleksinin inşası davam edir - VİDEO

Ağcabədi "ASAN Həyat" kompleksinin inşası davam edir -   VİDEO
  31 Yanvar 2019    Oxunub:6738
Ağcabədi "ASAN Həyat" kompleksi bu il istifadəyə veriləcək 5 regional mərkəzdən biridir. Təmas xəttinə yaxın ərazidə "ASAN Həyat" kompleksinin istifadəyə verilməsi Ağcabədi ilə yanaşı ətraf rayonların sakinlərinin də həyatını asanlaşdıracaq.
Azvision.az xəbər verir ki, hazırda tikinti işləri davam etdirilir. 2 hektar ərazini əhatə edən Ağcabədi "ASAN Həyat" kompleksinin tikintisinə ötən ilin may ayından başlanılıb. Artıq tikinti işlərinin 90 faizi yekunlaşıb.



Azvision.az


Teqlər: ASAN-Həyat   Ağcabədi  





Xəbər lenti