İki nazirlik meşələri məhv edənlərə qarşı reyd keçirdi

   İki nazirlik meşələri məhv edənlərə qarşı reyd keçirdi
  31 Yanvar 2019    Oxunub:2217
29 yanvar 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli işlik meşə materialı aşkar olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.

Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı 10XD178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkarlanıb.

Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Aytən Zəhra
Azvision.az




Teqlər: ETSN   DİN   Reyd  





Xəbər lenti