Ərdoğan Təhlükəsizlik Şurasını topladı - 5 saatlıq iclas

   Ərdoğan Təhlükəsizlik Şurasını topladı -    5 saatlıq iclas
  31 Yanvar 2019    Oxunub:2260
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin Milli Təhlükəsizlik Şurasını toplayıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclas 5 saat davam edib.

Milli Təhlükəsizlik Şurasının toplantısında ölkənin təhlükəsizliyi ilə bağlı daxili və xarici proseslər, cari ildə ehtimal olunan risk və təhdidlərin qarşısının alınması yolları müzakirə olunub.

Bundan əlavə, Suriyadakı vəziyyət və terror təşkilatlarına qarşı aparılan əməliyyatlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, iclas mətbuata qapalı keçirilib.

Azvision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti