Məcburi köçkünlər yeni yaşayış qəsəbəsinə köçürülüb

Məcburi köçkünlər yeni yaşayış qəsəbəsinə köçürülüb
  11 Noyabr 2013    Oxunub:1236
İsmayıllı rayonu ərazisində yenicə istifadəyə verilmiş daha bir qəsəbəyə -45 ailəlik qəsəbəyə məktəblərdə yaşayan məcburi köçkünlərin köçürülmə prosesi yekunlaşıb və qısa vaxt ərzində artıq yeni qəsəbədə 45 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az –a verilən məlumata görə, qəsəbədə mənzillər ailə tərkibinə görə müvafiq rayon İH nümayəndələrinin və məcburi köçkün icmalarının nümayəndələrinin iştirakı ilə püşk atma yolu ilə paylanılıb. Qəsəbə su, elektrik və qaz təchizatı ilə tam təmin edilib, yol-küçə şəbəkəsi, yaşıllaşdırma işləri də yüksək səviyyədə aparılıb
.
Bundan başqa ərazidə 96 yerlik məktəb binası və tib məntəqəsi də tikilmişdir. Hər bir ailəyə isə 12 sot həyətyanı torpaq sahəsi verilib.

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.


Qeyd edək ki, Bakı Dövlət Universitetinin yataqxanalarında və Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmiş 1440 ailəlik məhəlləyə, Mingəçevir şəhərindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə və məktəb binalarında məskunlaşan məcburi köçkünlərin yeni salınmış 502 ailəlik məhəlləyə, Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin Abşeron rayonunun Masazır qəsəsəbəsində 760 ailə üçün inşa edilmiş şəhərciyə köçürülməsindən sonra Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar köçürülməsinə zərurət yaranmış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün rayonun Zarağan bələdiyyəsinin ərazisində inşa edilərək hələ 2010-cu ildə istifadəyə verilmiş 195 ailəlik məhəllənin ərazisində tikilmiş daha 155 ailəlik 2 ədəd beşmərtəbəli yeni yaşayış binalarına köçürülmə də qısa vaxt ərzində başa çatdırılıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti