Məmmədyarov erməni nazirlə Münhendə görüşəcək? - XİN-dən açıqlama

 Məmmədyarov erməni nazirlə Münhendə görüşəcək? -    XİN-dən açıqlama
  30 Yanvar 2019    Oxunub:2234
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün yeri və vaxtı hələ ki, müəyyənləşməyib, lakin hər şey mümkündür"

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
"Azərbaycan tərəfi danışıqların sadəcə danışıqlar xatirinə deyil, nəzərə çarpacaq nəticələrə yönəlməsini dəstəkləyir və bu bizim prinsipial mövqeyimizdir",- deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Zohrab Mnatsakanyan bu gün İrəvanda səfərdə olan Avropa İttifaqının qonşuluq siyasəti və genişləndirmə üzrə komissarı Yohannes Hanla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla növbəti görüş barədə sualı cavablandırıb. Bildirib ki, onlar fevralda Almaniyada keçiriləcək 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşə bilərlər.

Azvision.az



Teqlər: XİN  





Xəbər lenti