Ermənilər Azərbaycan və Türkiyə bayraqlarını təhqir etdi-VİDEO

Ermənilər Azərbaycan və Türkiyə bayraqlarını təhqir etdi-VİDEO
  11 Noyabr 2013    Oxunub:1559
Dağlıq Qarabağda təlim keçən erməni əsgərləri üzərində Türkiyə və Azərbaycan bayrağı olan kərpicləri qırıb

Erməni əsgərləri Azərbaycanın işğalı altında olan Dağlıq Qarabağ ərazisində hərbi təlimlər keçirirlər. Təlimlər çərçivəsində güc nümayiş etdirən erməni əsgərləri, üzərində Türkiyə və Azərbaycan bayrağı olan kərpicləri sındırıblar.Bu barədə türk mətbuatı məlumat yayıb.

Qondarma Qarabağ Respublikasının paytaxtı Xankəndidə əldə edilən görüntülərdə Türkiyə və Azərbaycan bayraqlı kərpiclərin qarşısında nümayiş təşkil edən erməni əsgərlərinin hərəkətləri açıq-aydın göstərilir.

"Azərbaycan" yazılı kərpicləri tək-tək qıran əsgərlər daha sonra türk və azəri bayraqlı kərpicləri sındırıblar.

Ermeni komandoları gösteride Türk ve Azeri... by apocank

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti