İsveçrədə Azərbaycanın turizm imkanları nümayiş olunub

İsveçrədə Azərbaycanın turizm imkanları nümayiş olunub
  29 Yanvar 2019    Oxunub:2352
İsveçrənin Sankt-Moritz şəhərində keçirilən Dünya Polo yarışları çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanan Azərbaycan pavilyonunda ölkənin turizm imkanları nümayiş etdirilib.
Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, turnir müddətində yarış iştirakçıları və çoxsaylı qonaqlar ölkəmizin atçılıq ənənələri, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olublar. Pavilyonda Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri və milli xalçalar nümayiş olunub, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Həmçinin VR texnologiyası sayəsində ziyarətçilər ölkəmizi canlı izləmək və Azərbaycanın gözəlliyi ilə tanış olmaq imkanı əldə ediblər.



Azərbaycan pavilyonu ziyarət edən hər kəsə Azərbaycan barədə “Azərbaycan – bir daha bax” (“Azerbaijan – Take another look”) konsepsiyasına uyğun olaraq yeni çap olunmuş broşürlər, eyni zamanda Heydər Əliyev Fondunun nəşrləri paylanılıb.

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ölkəmizi təmsil edən “Land of Fire” komandası turnirin 3-cüsü olub.



Yarışlar çərçivəsində izləyicilərə Qarabağ atları və milli rəqslərimizdən ibarət çıxış təqdim edilib.

Qeyd edək ki, 35 ildir dünyanın müxtəlif ölkələrindən polo yarışları həvəskarlarını bir yerə toplayan, İsveçrədə donmuş St.Moritz gölü üzərində keçirilən turnir bu il rekord sayda 18 min ziyarətçi qəbul edib.



Azvision.az


Teqlər:





Xəbər lenti