Avropa-Azərbaycan biznes forumu keçiriləcək

Avropa-Azərbaycan biznes forumu keçiriləcək
  07 Mart 2013    Oxunub:907
Forum Fransa paytaxtında baş tutacaq
Martın 14-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyi və Fransa-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Parisdə “Azərbaycan-Qafqazın aparıcı qüvvəsi: sərmayə üçün potensial və əlverişlilik” adlı Avropa-Azərbaycan biznes forumu keçiriləcək. Avropa Azərbaycan Cəmiyyətinin Paris ofisindən APA-ya verilən məlumata görə, bu il ilk dəfə Parisdə keçiriləcək biznes-forum 2011-12-ci illərdə Londonda keçirilib.

Məlumata görə, Fransanın Milli Sənaye Təşkilatının binasında keçiriləcək tədbirdə əsas məqsəd Azərbaycanın biznes və sərmayə qoyulması üçün sahələri təqdim etməkdir. Həmçinin iki ölkə investorlarının energetika texnologiyaları, su və sanitariya, aqrar-sənaye kompleksi, telekommunikasiyalar və aerokosmik sahələr, yüksək səviyyəli infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələr aparması nəzərdə tutulub. Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşu məsələsi də ciddi müzakirə mövzusu olacaq.

Forum çərçivəsində Azərbaycanın iqtisadi potensialı və iqtisadi mühitin əlverişliliyi, hazırda icra edilən layihələrin təqdimatı, ölkədə iqtisadi artımları hədəfə alan sektorların müəyyənləşdirilməsi, hökumət və özəl sektorlar üçün nəzərdə tutulmuş əsas mesajlarla bağlı seminarlar nəzərdə tutulub.

Qeyd edək ki, tədbirdə Fransa və Azərbaycandan olan sahibkarlar, dövlət qurumlarının nümayəndələri iştirak edəcək.


Teqlər:





Xəbər lenti