Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar - SİYAHI

Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar -    SİYAHI
  29 Yanvar 2019    Oxunub:2264
Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Dövlət Turizm Agentliyinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Turizm Agentliyinin sədrinin müavini;

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;

Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

Azvision.az



Teqlər: Turizm-Agentliyi  





Xəbər lenti