Prezidentdən İSESCO-nun IV konfrans iştirakçılarına təbrik məktubu

Prezidentdən İSESCO-nun IV konfrans iştirakçılarına təbrik məktubu
  11 Noyabr 2013    Oxunub:917
Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı keçirilir.

Konfransda 10 beynəlxalq təşkilat və 51 ölkədən nazir və ekspertlər iştirak edir. Azərbaycan baş nazirinin müavini Əli Əhmədov konfrans iştirakçılarına Prezident İlham Əliyevin təbrik məktubunu ünvanlayıb və açılış nitqi ilə çıxış edib.

Məktubda deyilir: "Bakıda keçirilən bu konfrans İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına üzv ölkələr arasında qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, səmərəli əməkdaşlığın güclənməsinə öz müsbət təsirini göstərəcək və islam dünyasında uşaqlar və urbanizasiya problemlərinin həllinə layiqli töhfəsini verəcək. Qloballaşma dövründə böyük sosial vüsət alan urbanizasiya hər bir ölkədə yaranmış çox saylı problemlərin həllini tələb edir. Azərbaycanda regionların inkişafı ilə əlaqədar reallaşan dövlət proqramlarında şəhərlərin infrastukturu, ekoloji mühiti və müvafiq sosial təchizatları əhalinin bütün təbəqələrinin, o cümlədən uşaqların ehtiyaclarını nəzərə almaqla qurulur. Bu sahədə görülən işlər, şübhəsiz ki, gələcəkdə də davam etdiriləcək. Uşaqların sağlamlığı, təhsili ilə bağlı hüquqların təmin olunması müasir dövrdə demokratik cəmiyyətin inkişafının əsas prioritetlərindəndir."

Dövlət başçısı təbrik məktubunda deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında islam ölkələrinin tutduğu mövqe və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına dair qəbul etdiyi müvafiq qərarlar ölkəmizdə yüksək qiymətləndirilir. Bu münaqişənəticəsində doğma yurdlarından məhrum olub, qaçqın və məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalmış bir milyon soydaşımızın əsas hüquqlarının bərpası həm də onların uşaqlarının hüquqlarının təmin olunması deməkdir. Sözsüz ki, bu sahədə birgə səylərimiz son nəticədə öz bəhrəsini verəcək."

İ.Əliyev məktubunda vurğulayıb ki, dayanıqlı inkişafın strategiyası uşaqhüquqları və urbanizasiya məsələlərinin həlli üçün müxtəlifbeynəlxalq qurumların, o cümlədən İSESCO-nun fəaliyyətinin daha da gücləndirilməsini tələb edir: "Əminəm ki, konfrans bütün bu məsələlərə diqqət yetirəcək, geniş müzakirələr aparacaq və onların həllinə yönəlmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi yolunda mühüm addımlar atacaq."

AzVision.az



Teqlər:  





Xəbər lenti