Xanəndə İslam Rzayevin doğum günüdür

 Xanəndə İslam Rzayevin doğum günüdür
  11 Noyabr 2013    Oxunub:2165
İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olub. Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənərək, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olub. Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.

Böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilib. Bəstələdiyi mahnılardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb.

Asəf Zeynallı adına Bakı Musiqi Asəf Zeynallı adına Musiqi Tibb Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filormoniyasının solisti olub. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 120-ə yaxın gənc ifaçı yetişdirmiş, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunub.

O, 2006-cı ilin yanvarın 26-da 71 yaşında vəfat edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti