Cəbhə xəttində atəşkəs pozulub

Cəbhə xəttində atəşkəs pozulub
  11 Noyabr 2013    Oxunub:921
Erməni silahlı bölmələri dünən və bu gecə Azərbaycan ordusunun mövqelərini atəşə tutublar
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti