Biləsuvarda poçtun seyfini oğurladılar - FOTO

Biləsuvarda poçtun seyfini oğurladılar -    FOTO
  26 Yanvar 2019    Oxunub:2229
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) post patrul xidməti tağımının əməkdaşlarının sayıqlığı nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən poçt mətəqəsindən oğurlanan seyfi aparmaq istəyən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 26-da gecə saat 03:15 radələrində Biləsuvar şəhəri ərazisində xidmət aparan RPŞ-nin post patrul xidmətinin əməkdaşlarının diqqətini yük yerinə seyf qoyulan “VAZ 2107” markalı avtomobil çəkib.



Məlum olub ki, həmin seyf Biləsuvar Poçt filalının 1 saylı poçt məntəqəsindən oğurlanıb. Avtomobilin sürücüsü rayonun Zəhmətabad kənd sakini A. Bünyadov və sərnişini, şəhərin S. Vurğun küçəsində yaşayan Sərvər Sərvərli saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Araşdırmalarla S. Sərvərlinin poçt məntəqəsinin dəmir barmaqlıqlarını qıraraq ora daxil olduğu və içərisində sənədlər və zərflər olan 1 ədəd seyfi, 1 ədəd printeri, 1 ədəd dekoderi oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti