“Deputatın oğlunun ölüm səbəbi xizək qəzası deyil” - Açıqlama

“Deputatın oğlunun ölüm səbəbi xizək qəzası deyil” -   Açıqlama
  25 Yanvar 2019    Oxunub:3452
“Deputat Əsabil Qasımovun oğlu İsveçrədə xizək qəzası zamanı deyil, yüksək qan təzyiqindən dünyasını dəyişib".

Bu barədə Azvision.az -a deputatın köməkçisi Rauf Həşimov məlumat verib. O, bildirib ki, mərhum Elçin Qasımov kanatda olan zaman qan təzyiqi yüksəlib və bu səbəbdən vəfat edib.
R.Həşimovun sözlərinə görə, mərhumun meyiti hələ Bakıya gətirilməyib.

Xatırladaq ki, 29 yaşlı Elçin Qasımov 2 gün əvvəl dünyasını dəyişib. Onun atası Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Elçin-Qasımov  





Xəbər lenti