Vüsal Hüseynov əfqanıstanlı səfirlə görüşüb

  24 Yanvar 2019    Oxunub : 1046
Vüsal Hüseynov əfqanıstanlı səfirlə görüşüb
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xeyrullah Spelanay arasında görüş keçirilib.
DMX-dan Azvision.az -a verilən xəbərə görə, qonağı səmimi salamlayan Xidmət rəisi son illər iki dövlət arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndirilməsini, bügünkü görüşün gələcəkdə miqrasiya sahəsində də əməkdaşlığın güclənməsinə tövhə verəcəyini bildirib. Vüsal Hüseynov ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin edilməsi, turizm baxımından cəlbediciliyin artması və sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə ötən il miqrasiya sahəsində yeni qanunvericilik layihəsinin qəbul edilməsini diqqətə çatdırıb. Xidmət rəisi son illər Azərbaycana gələn Əfqanıstan vətəndaşlarının sayında artım müşahidə olunmasını xüsusi vurğulayaraq onların qanuni əsaslarla ölkəmizdə fəaliyyət göstərmələri üçün münbit şərait olduğunu qeyd edib.



Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Azərbaycanın artan iqtisadi potensialını yüksək qiymətləndirərək görüşün qarşılıqlı əməkdaşlığın inkişafında böyük töhfələr verəcəyinə əminliyini bildirib. Cənab Xeyrullah Spelanay Əfqanıstanın bütün istiqamətlər üzrə Azərbaycan dövləti ilə əlaqələrin gücləndiriliməsində maraqlı olduğunu, eləcə də Azərbaycanda təhlükəsizlik şəraitində yaşayan Əfqanıstan vətəndaşlarının hüquqlarının qorunması, qanunvericilik tələblərinə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olmaları üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib. Görüşdə iki dövlət arasında miqrasiya sahəsində qarşılıqlı gələcək əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparılıb.

Azvision.az

Teqlər: DMX   Görüş   Əfqanıstan