AzTV-də daha bir kadr dəyişikliyi - Səyavuş Məmmədov işdən çıxarıldı

     AzTV-də daha bir kadr dəyişikliyi    - Səyavuş Məmmədov işdən çıxarıldı
  24 Yanvar 2019    Oxunub:12385
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

Azvision.az -ın məlumatına görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə Xalq artisti Ramiz Həsənoğlu təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.


(İşdən çıxarılan Səyavuş Məmmədov)

Şahanə Rəhimli
Azvision.az



Teqlər: AzTV  





Xəbər lenti