Naxçıvan şəhərində 18 minə yaxın YAP-çı var

Naxçıvan şəhərində 18 minə yaxın YAP-çı var
  24 Yanvar 2019    Oxunub:1483
2019-cu il yanvarın 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17935 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə şəhər təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli keçirilən Şura iclasında bildirib.

Onun sözlərinə görə, üzvlərdən 9473 nəfəri, yaxud 52,8 faizi qadınlardır: “Üzvlərimizin 10978 nəfər, yaxud 61,2 faizi 18-35 yaşlı gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 19 nəfəri isə Naxçıvan MR Ali Məclisinin deputatlarıdır. Təşkilatda, həmçinin 2 nəfər akademik, 6 nəfər AMEA-nın müxbir üzvü, 26 nəfər elmlər doktoru, 162 nəfər fəlsəfə doktoru təmsil olunub”.

E.Cəfərli deyib ki, 2018-ci ildə partiyaya üzv qəbul olmaq üçün müraciət edən 1084 nəfərdən 1020 nəfəri Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunub: “Bunların da 1003 nəfərini və ya 98,3 faizini 18-35 yaşlı gənclər, 605 nəfərini və ya 59,3 faizini qadınlar təşkil edir. 2018-ci ildə 1 nəfər hüquq-mühafizə orqanlarında işə başladığına görə, öz ərizəsinə əsasən, ölkə qanunvericliyinə uyğun olaraq, partiya sıralarından çıxarılıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: YAP   Naxçıvan  





Xəbər lenti