“Tufan” gəmisi Xəzərdə döyüş fəaliyyətinə başladı - FOTOLAR

 “Tufan” gəmisi Xəzərdə döyüş fəaliyyətinə başladı -  FOTOLAR
  24 Yanvar 2019    Oxunub:5362
2019-cu il yanvar ayının 10-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilmiş S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azvision.az -a verilən məlumata görə, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.



Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Respub-likasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azərbaycan sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması böyük ruh yüksəkliyi ilə qarşılanıb.













Azvision.az


Teqlər: DSX   Gəmi   Tufan  





Xəbər lenti