Qatığa qarşı buterbrod - KARİKATURA

  23 Yanvar 2019    Oxunub : 16255
 Qatığa qarşı buterbrod - KARİKATURA
AŞPA-nın qış sessiyası ŞƏRçivəsində (21-25 yanvar 2019) insan haqları ilə bağlı keçirilən əlavə tədbir zamanı anti-Azərbaycan şəbəkəsinin çıxışı zamanı maraqlı bir hadisə baş verib.
Belə ki, şəbəkənin fəal üzvü Emin Hüseynov Azərbaycanda insan haqlarının pozulmasından, qardaşı Mehman Hüseynovun aclıq aksiyasından (həmin vaxt Mehmanla Əli Abdalov qucaqlaşıb, öpüşürdülər) danışanda, tədbirin təşkilatçılarından olan niderlandlı deputat, cinsi azlıqların tanınmış nümayəndəsi Piter Omtziq (Pieter Omtzigt) iştahla əlindəki buterbrodu dişinə çəkirdi.

Çox maraqlı və mənalı hadisədir. Yəni əslində Omtziq göstərirdi ki, Azərbaycanda insan haqları, həmçinin Mehmanın taleyi onun üçün əlindəki buterbroddan daha az əhəmiyyət daşıyır. Sadəcə, bu uydurulmuş ssenari Azərbaycana ləkə yaxmaq üçün fürsətdir, demək, ondan istifadə etmək lazımdır. Buterbrod yeyə-yeyə olsa da...



Teqlər: Piter-Omtziq   Emin-Hüseynov